Ukrayna ordusu rusların silah anbarını belə məhv etdi – Video

14:58 5 İyul 2023

Ötən gün Ukrayna ordusu Makeyevkada Rusiya ordusuna məxsus silah anbarını məhv edib.

Sitat.info xəbər verir ki, 4 iyul yerli vaxtla saat saat 21:40 radələrində məhv edilən silah anbarının vurulma anının görüntüləri yayılıb.

Kadrlardan görünür ki, MLRS üçün döyüş sursatı yarımçıq yaşayış kompleksinin həyətinə yığılıb. Anbardakı partlayış yaxınlıqdakı tikililərə, o cümlədən xəstəxana kompleksinə ziyan vurub.

Partlayış dalğası üç kilometr radiusda pəncərələri sındırıb./Axar.az



Xəbər xətti