Zelenski: Rusiya Zaporojye AES-in damına partlayıcıya bənzər materiallar yerləşdirib

16:05 5 İyul 2023

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Zaporojye Atom Elektrik Stansiyasının bəzi enerji bloklarının damlarına partlayıcıya bənzər materiallar yerləşdirdiyini iddia edib.

Sitat.info xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi video açıqlamada rusların nəzarətində olan AES-dəki vəziyyəti dəyərləndirib.

Radiasiyanın bütün dünya üçün təhlükə olduğuna işarə edən Zelenski, AES-in radiasiya təhlükəsindən tamamilə qorunmalı olduğunu vurğulayıb.

Dövlətlərin nə baş verdiyini və kimin günahkar olduğunu dəqiq bilmək üçün kəşfiyyat imkanlarına malik olduğuna işarə edən Zelenski deyib: “Bizdə olan kəşfiyyat məlumatlarına görə, Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasının bəzi güc bloklarının damına partlayıcıya bənzər əşyalar yerləşdirib".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti