Cenində İsrail hərbçiləri tərəfindən öldürülən 10 fələstinli dəfn olunub

16:12 5 İyul 2023

İşğal altındakı İordan çayının qərb sahilindəki Cənin şəhərində İsrailin hücumları nəticəsində həyatını itirən 10 fələstinli dəfn edilib.

Sitat.info xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cənin şəhərinə və Cənin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda həlak olan fələstinlilər üçün dəfn mərasimi keçirilib.

Minlərlə insanın iştirak etdiyi mərasimdə İsrail əleyhinə şüarlar səsləndirilib, müqavimət qruplarına dəstək bəyanatları verilib.

Dövlət xəstəxanasından çıxarılaraq şəhər mərkəzinə gətirilən fələstinlilərdən 9-u Yeni Cənin Qaçqınlar Düşərgəsi qəbiristanlığında torpağa tapşırıldığı halda, bir fələstinli də Cəninin cənubunda ailəsinin yaşadığı Fəhme kəndində dəfn edilib.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti