Hindistanın Orissa əyalətində iyunun 2-də baş verən və 293 nəfərin həyatını itirdiyi qatar qəzasından bir ay keçməsinə baxmayaraq, 52 cəsədin şəxsiyyəti hələ də məyyən edilməyib.
Sitat.info xəbər verir ki, BBC-nin xəbərinə görə, ölkədə ən ölümcül qəzalardan biri kimi qeydə alınan hadisədə həyatını itirən 52 nəfərin cəsədi Bütün Hindistan Tibb Elmləri İnstitutunun (AIIMS) meyitxanasında saxlanılır. Qurbanların yaxınları isə cəsədlərin şəxsiyyətinin müəyyən edilməsini həyəcanla gözləməyə davam edir.
Qəza yerində təmizlik işlərinin başa çatmasına baxmayaraq, bəzi meyitlərin tanınmaz vəziyyətdə olması ailələrin şəxsiyyətini müəyyənləşdirmək prosesini çətinləşdirir.
Kənan Bənnayev
Sitat.info