Günəşdəki ləkələrin sayı son 20 ildə ilk dəfə rekord həddə çatıb

17:50 5 İyul 2023

Günəşin səthindəki ləkələrin sayı cəmi bir ay ərzində 160-ı keçərək son 20 ildə rekord həddə çatıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, alimlər 2025-ci ilə qədər Günəşdəki ləkələrin sayının 115-ə çatacağını proqnozlaşdırmışdılar. Lakin indiki məlumatlar bu rəqəmin artıq keçdiyini göstərir.

Alim  Keyt Strong da sosial media hesabında ən son məlumatları paylaşaraq, 2002-ci ilin sentyabrında qeydə alınan rekordun qırıldığını açıqlayıb.
Günəş iyun ayında 160-dan çox ləkə əmələ gətirib ki, bu da son 20 ildə ən yüksək rəqəmdir. 

Digər tərəfdən, Günəşin səthində nəhəng bir nöqtədə şiddətli partlayış baş verib. 

Qeyd olunur ki, bu partlayışlar nəticəsində plazma püskürməsi baş verir. Radioaktiv plazma hissəcikləri Yerə çataraq maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda buna günəş tufanı deyilir.
Yeri vuran sonuncu Günəş qasırğası ABŞ-a təsir edib. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının açıqlamalarına görə, fırtına ölkənin bəzi bölgələrində radio siqnallarını bloklayıb və rabitənin kəsilməsinə səbəb olub.

Ayna,

Sitat.info



Xəbər xətti