Anar Əsədli ev dustaqlığına buraxıldı

18:20 5 İyul 2023

Nərimanov Rayon Məhkəməsində Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Sitat.info xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb. Qərara əsasən, onun vəsatəti təmin edilib, Anar Əsədlinin barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbər xətti