Fransa İslam Şurası: Müsəlman gənclər gündəlik həyatda ayrı-seçkiliklə üzləşirlər

19:25 5 İyul 2023

Fransa İslam Şurasının vitse-prezidenti və İslamofobiya ilə Mübarizə Milli Rəsədxanasının rəhbəri Abdullah Zekri Fransada müsəlman gənclərin gündəlik həyatda ayrı-seçkiliyə məruz qaldığını bildirib.

Sitat.info xəbər verir ki, Fransa İslam Şurasının (FİŞ) vitse-prezidenti və İslamofobiya ilə Mübarizə üzrə Milli Rəsədxananın rəhbəri Abdullah Zekri iyunun 27-də Fransada 17 yaşlı Nael M-nin polisin açdığı atəşlə qətlə yetirilməsi nəticəsində baş verən hadisələrlə bağlı açıqlamalar verib.

Zekri bildirib ki, Naelin qətli ilə bağlı kadrlar olmasaydı, hadisə ört-basdır ediləcəkdi. 

“Fransada müsəlman gənclər gündəlik həyatlarında, xüsusən də işləyərkən mənzillə bağlı irqçiliyə məruz qalır və polis tərəfindən irqi profilləşdirmənin qurbanı olurlar”, - deyə Zekri bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti