Ubinas vulkanı aktivləşdi: 5 min 500 metr lava və kül püskürdü

21:59 5 İyul 2023

Cənubi Amerika ölkəsi Perunun cənubundakı Moquegua bölgəsində yerləşən Ubinas vulkanında püskürmə baş verib.

Sitat.info xəbər verir ki, Geologiya, Mədən və Metallurgiya İnstitutundan (İngemmet) verilən açıqlamada partlayışın yerli vaxtla saat 03:13-də baş verdiyi və Moquegua bölgəsində "fövqəladə vəziyyət" elan edilməli olduğu qeyd edilib.

Açıqlamada Ubinas vulkanının 5 min 500 metr səmaya lava və kül səpdiyi bildirilib və külün Querapi, Ubinas, Huarina, Escacha, Matalaque Sacohaya, Anascpa, San Miguel, Tonohaya cə Huatahua, şəhərlərinə doğru hərəkət etdiyi bildirilib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti