Ukrayna hərbçiləri Buça və İrpendə rusları mühasirəyə ala bilər

13:45 24 Mart 2022

Ukrayna hərbçiləri Kiyevin kənarındakı şəhərlərdə Rusiya mövqelərinə qarşı uğurlu əks-hücumlar həyata keçirir və çox güman ki, Makarov və Moşçun yaşayış məntəqələrini geri alıblar. Bu barədə Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

"Ukrayna qüvvələrinin indi Buça və İrpində Rusiya ordusunun bölmələrini mühasirəyə alması real ehtimalı var", - məlumatda deyilir.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukraynanın uğurlu əks-hücumları Rusiya hərbçilərinə Kiyevə hücumu yenidən təşkil etməyə imkan vermir.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Kiyevin şimal-şərqində Rusiya qüvvələrinə təzyiqi artırır. Rusiya hərbçiləri artıq ciddi təchizat və mənəvi problemlərlə üzləşiblər (Virtualaz.org).



Xəbər xətti