Birləşmiş Millətlər Təşkilatı İsrailin İordan çayının qərb sahilindəki Cənin şəhərinə hücumunun mülki əhaliyə təsirini narahatedici adlandırıb.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) bir qrupun Cəninə getdiyini və Cənin Qaçqınlar Düşərgəsindəki humanitar yardım ehtiyaclarını müəyyən etmək üçün tərəfdaşlarla birlikdə çalışdıqlarını ifadə edən Haq, elektrik və su infrastrukturunun təmiri və sığınacaqların təmin edilməsinin böyük əhəmiyyət daşıyacağını söyləyib.
Seymur Bənnayev
Sitat.info