Fransa Naeli öldürən polisin ailəsi üçün yığılan 1,6 milyon avronu müzakirə edir

23:27 5 İyul 2023

Fransada 17 yaşlı Nael M-ni öldürən polis məmurunun ailəsi üçün başladılan və 1,6 milyon avroya çatan ianə kampaniyası ölkədə müzakirələrə səbəb olub.

Sitat.info xəbər verir ki, ifrat sağçı Erik Zemmurun keçmiş sözçüsü Jan Messihanın “Gofundme” platformasında Naeli öldürən polis məmurunun ailəsinə dəstək məqsədilə dünən axşam saatlarında başladılan ianə kampaniyasının qanuni olub-olmadığı müzakirə edilir.

Dünən gecədən etibarən 5 gündən az müddətdə 1 milyon 636 min 220 avroya çatan "Nanterre polisinin ailəsinə dəstək" adlı kampaniyaya təxminən 45 min adam qatılıb.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti