Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.
Şəhər Hərbi Komendantlığından Report-un Şərqi Avropa bürosuna verilən məlumata görə, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv olunub.
Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artileriya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.
Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur.