Meksikanın Oaxaka şəhərində sərnişin avtobusunun uçuruma aşması nəticəsində ilkin məlumatlara görə 25 nəfər ölüb, 17 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Meksika mətbuatında çıxan xəbərə görə, paytaxt Mexikodan Oaxakaya gedən sərnişin avtobusu Penasko qəsəbəsində magistral yolda 10 metrlik uçuruma yuvarlanıb.
Bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürən göndərilib, yaralılara ətrafdakı xəstəxanalarda tibbi yardım göstərilib.
Qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.
Seymur Bənnayev
Sitat.info