Manat və lirəni birləşdirək, vahid valyuta olsun!

13:03 6 İyul 2023

Azərbaycan və Türkiyə münasibətləri daha yüksək səviyyəyə qaldırılmalıdır.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Avropa Birliyinə oxşar bir birlik yaratmalıyıq:

“Eyni valyuta və s. olmalıdır. Gələcəkdə digər türk dövlətləri də bu birliyə qoşula bilər. Hökuməti bu məsələdə ciddi düşünməyə çağırıram. Bizim güclü müttəfiqlərə ehtiyacımız var”.



Xəbər xətti