ABŞ-ın Men Universitetində dünən ölçülən qlobal orta temperatur 17.18-ə çataraq yeni rekorda imza atıb.
Sitat.info xəbər verir ki, ABŞ-ın Men Universitetində dünyadakı temperaturu ölçmək üçün peyk məlumatları və kompüter simulyasiyalarından istifadə edən hava proqnozu sistemi ötən gün yeni temperatur rekordu qeydə alıb.
Bazar ertəsi saat 17:01-də müəyyən edilən temperatur rekordu çərşənbə axşamı və dünən ölçülən 17:18 dərəcə temperaturla yenilənib. Hava proqnozu sistemini yaradan iqlim üzrə alim Sean Birkle deyib ki, gündəlik rəqəmlər rəsmi deyil, lakin istiləşən dünyada baş verənlərin faydalı görüntüsünü təqdim edir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının baş elmi işçisi Sarah Kapnik, rəsmi dövlət qeydi olmadığı halda rəqəmləri qəbul etdiyini ifadə edərək deyib: "Bu, bizim hazırda harada olduğumuzun göstəricisidir".
Qeyri-rəsmi qeydlər üçün istifadə edilən məlumatların yalnız 1979-cu ilə aid olduğunu ifadə edən Kapnick, digər məlumatları nəzərə alsaq, yəqin ki, dünyanın yaşadığımız bir neçə 100 ilin ən isti gününü gördüyünü söyləyib.
Seymur Bənnayev
Sitat.info