BMT İsrail və Livanı təmkinli olmağa çağırıb

15:55 6 İyul 2023

İsrail və Livan sərhədində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının (BMT) Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) bölgədəki gərginliyə görə iki ölkəni “təmkinli olmağa” çağırıb.

Sitat.info xəbər verir ki, Livanın cənubunda İsrail sərhədində baş verən partlayışdan sonra Tel-Əviv rəhbərliyinin Livanın bəzi hissələrini artilleriya atəşi ilə atəşə tutması ilə bağlı yazılı açıqlama yayımlanıb.

Livanın cənubundakı Məcidiyyə bölgəsi yaxınlığında səhər saatlarında partlayışın təsbit edildiyi ifadə edilən açıqlamada, partlayışın mənbəyinin atılan raketdən qaynaqlandığı təxmin edildiyi və mövzu ilə bağlı araşdırma aparıldığı ifadə edilib.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti