Hakan Fidan Stoltenberq ilə görüşüb

16:14 6 İyul 2023

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO-nun baş katibi Stoltenberq ilə görüşüb

Sitat.info xəbər verir ki, Türkiyə, Finlandiya və İsveçin 28 iyun 2022-ci ildə imzaladığı Üçtərəfli Memorandumda yaradılmış Daimi Birgə Mexanizmin beşinci iclası bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqin ev sahibliyi ilə keçiriləcək.

Xarici işlər naziri Hakan Fidan görüşdən əvvəl NATO-nun baş katibi Stoltenberq ilə görüşüb.

Görüşdə Fidanla yanaşı, İsveçin xarici işlər naziri Tobias Billström və Finlandiyanın xarici işlər naziri Elina Valtonen də iştirak edir. Üç ölkənin kəşfiyyat qurumlarının rəhbərləri və milli təhlükəsizlik müşavirləri də iclasın iştirakçıları arasında olacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti