Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah İstanbula gələcək.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Zelenski sabah Türkiyəyə işgüzar səfər edəcək.
Səfər çərçivəsində prezident Ərdoğan və Ukrayna prezidenti Zelenskinin təkbətək və nümayəndə heyətləri arasında görüşü olacaq.
Görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, iyulun 17-də müddəti başa çatacaq Taxıl Dəhlizi sazişi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.
Nərgiz,
Sitat.info