Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub

17:34 6 İyul 2023

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində 47 Ukrayna və 45 Rusiya əsgəri azad edilib.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsinin olduğu bildirilib.

"45 rus əsgəri Ukrayna əsirliyindən vətənə qayıdıb. Sərbəst buraxılanlara lazımi tibbi-psixoloji yardım göstərilir, onlar qısa müddətdə müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinə tabe olan tibb müəssisələrinə aparılacaqlar”, - məlumatda deyilir.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak da sosial şəbəkədə 45 əsgər və 2 mülki vətəndaşı rus əsirliyindən azad edə bildiklərini paylaşıb.

Sərbəst buraxılanlar arasında yaralı əsgərlərin də olduğuna diqqət çəkən Yermak, prezident Volodimir Zelenskinin Ukrayna Əsirlərinin Koordinasiya Qərargahı ilə birlikdə bütün məhbusları xilas etmək məqsədini yerinə yetirməyə davam etdiyini qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti