Bakı Bəyannaməsi qəbul edildi

19:08 6 İyul 2023

Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimi keçirilir.

Sitat.info-nun xəbərinə görə, toplantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.

Tədbirə digər ölkələrin nümayəndə heyətləri də qatılıb.

Toplantıda Bakı Bəyannaməsi qəbul edilib.

Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.



Xəbər xətti