Hakan Fidan: Bu ölkələr dürüst mövqe sərgiləməlidir!

19:50 6 İyul 2023

NATO-da qoşulma prosesində ölkələrin terrorizmlə mübarizədə dürüst mövqe sərgiləməsi şərtdir.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə İsveç və Finlandiyadan olan həmkarları ilə görüşündən sonra açıqlamasında deyib.

“İsveç qanuvericilikdə dəyişiklik etdi, lakin bunun əməli fəaliyyətdə də əks olunması gərəkdir. Gələcək müttəfiqlərin Türkiyəyə hərbi ləvazimatların tədarükündə sanksiya və məhdudiyyət tətbiq etməməsi də vacibdir. Üçtərəfli razılaşmalardan irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Terror təşkilatlarının təxribatlarına icazə verən bir ölkənin terrorla mübarizədə hansı səyləri göstərəcəyi də suallar doğurur”, - deyə XİN rəhbəri bildirib.



Xəbər xətti