Zelenski gözlənilmədən Çexiyaya səfər etdi

00:12 7 İyul 2023

Ukrayna Prezidenti Vladimir Zelenski Bolqarıstandan sonra gözlənilmədən Çexiyaya səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.

Bildirilib ki, Ukrayna liderinin Çexiya Prezidenti Petr Pavel, baş naziri Petr Fiala və digər siyasətçilərlə görüşü gözlənilir.

Məlumata görə, Praqaya gələn hökumət təyyarəsini bir neçə Gripen qırıcısı müşayiət edib.



Xəbər xətti