Szinpin orduya əmr verdi: Müharibəyə hazırlaşın!

09:20 7 İyul 2023

Çin lideri Si Szinpin real döyüşlərdə qalib gəlmək şanslarını artırmaq üçün hərbçiləri müharibə və döyüş planlamasını dərinləşdirməyə çağırıb.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Çin rəsmisi bildirib ki, dünya yeni təlatüm və dəyişiklik dövrünə qədəm qoyub, Çinin təhlükəsizlik vəziyyəti daha qeyri-sabit və qeyri-müəyyəndir:

"Biz çox düşünməli və hərbi məsələləri siyasi baxımdan həll etməli, cəsarətlə mübarizə aparmalı və milli suverenliyimizi, təhlükəsizliyimizi, maraqlarımızı qətiyyətlə müdafiə etməliyik", - deyə S.Szinpin bildirib.



Xəbər xətti