Niinistö: Rusiyanın cavabını bu addımla verəcəyik

10:12 7 İyul 2023

Finlandiya Rusiyanın düşmən hərəkətlərinə cavab olaraq Turku şəhərindəki Rusiya Baş Konsulluğunu bağlaya bilər.

Sitat.info xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö deyib.

“Biz cavab hazırlayırıq. Sankt-Peterburq Baş Konsulluğunun bağlanmasına ekvivalent cavab Rusiyanın Turkudakı konsulluğunun bağlanmasıdır”, - o bildirib.

Qeyd edək ki, Rusiya Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətini daynadırdığını və 9 finlandiyalı diplomatı ölkədən çıxardığını elan edib.



Xəbər xətti