İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərinin Köhnə şəhər ərazisinə basqın edib.
Sitat.info xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail qüvvələrinin Nablusun Köhnə Şəhərinə basqın etməsindən sonra əsgərlərlə fələstinlilər arasında insidentlər başlayıb.
İsrail qüvvələrinin Qüds küçəsindən şəhərə daxil olaraq İçəri Şəhər ərazisinə doğru irəlilədiyi bildirilib.
Qeyd edək ki, iyulun 3-də İsrailin işğalı altında olan İordan çayının qərb sahilindəki Cənin şəhərinə başlatdığı və təxminən 48 saat davam edən hücumlar bölgədə böyük dağıntılara səbəb olub.
Hücumlarda 4-ü uşaq olmaqla 12 fələstinli həyatını itirib, 20-si ağır olmaqla 120-yə yaxın adam yaralanıb.
Seymur Bənnayev
Sitat.info