Azərbaycan bu ölkədə səfirlik açır

12:28 7 İyul 2023

Azərbaycan Slovakiyada səfirlik açacaq.

Sitat.info xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.



Xəbər xətti