ABŞ-da gəmi yanıb: 2 ölü, 5 yaralı

12:38 7 İyul 2023

ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində limanda gəmidə baş verən yanğına müdaxilə edən 2 yanğınsöndürən ölüb, 5 yanğınsöndürən yaralanıb.

Sitat.info xəbər verir ki, Nyuark şəhərinin meri Ras Baraka jurnalistlərə açıqlamasında deyib :"Newark şəhərində iki nəfəri itirdik. Onlar tərəddüd etmədən canlarını verdilər və yəqin ki, sabah işə gedərkən 5000 maşın daşıyan gəmidə yanğınla mübarizə aparacaqlarını düşünmürdülər".

Baraka faciəli hadisə ilə bağlı: "Bu görüntü bu missiyanın nə qədər təhlükəli olduğuna dair yaddaşımda əbədi olaraq qalacaq", - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti