Zelenski NATO Sammitindən ölkəsinin üzvlüyünün “aydın işarəsini” gözləyir

13:35 7 İyul 2023

Ukrayna prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində ölkəsinin ittifaqa üzvlüyünün “aydın işarəsini” gözlədiyini bildirib.

Sitat.info xəbər verir ki, Çexiyanın paytaxtı Praqada olan Zelenski dünən prezident Petr Pavel, bu gün isə baş nazir Petr Fiala ilə görüşüb.

Zelenski burada verdiyi açıqlamada ölkəsinin NATO-ya üzvlüyü üçün Vilnüsdə keçiriləcək sammitdən aydın işarə gözlədiyini bildirib.

"Bizə bu motivasiya lazımdır. Münasibətlərimizdə dürüstlük lazımdır",- o deyib.

Zelenski qeyd edib ki, sözügedən görüşün birlik və cəsarət nümayiş etdirməsi üçün doğru zamandır.

Baş nazir Fiala da Çexiyanın Ukraynaya siyasi, hərbi və humanitar dəstəyinin davam edəcəyini və bu ölkəyə daha çox helikopter və sursat göndərəcəklərini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti