Ukrayna prezidenti Volodimir Zelenskinin prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfəri “iyulun 17-də başa çatacaq Qara dəniz taxıl dəhlizi sazişinin əhəmiyyəti” Avropa mətbuatında geniş işıqlandırılıb.
Sitat.info xəbər verir ki, xəbərdə Zelenskinin prezident Ərdoğanla görüşünün gələn həftə keçiriləcək kritik NATO Zirvəsi öncəsi, ikisinin görüşündə isə Türkiyə, Ukrayna, Rusiya və BMT arasında 22 İyul 2022-ci il tarixində İstanbulda baş tutacaq görüşün gündəmə gətiriləcəyi vurğulandı.
Avropa mətbuatında “Zelenski Ərdoğana gedir”, “Zelenski işğaldan sonra ilk dəfə Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcək” və “NATO Zirvəsi öncəsi: Zelenski Ərdoğanla görüşür” kimi başlıqlarla xəbərlər gündəmə gəlib.
Seymur Bənnayev
Sitat.info