Aİ birgə qaz alışını davam etdirir

16:31 7 İyul 2023

Avropa İttifaqı (Aİ) üzv ölkələrin birgə təbii qaz alışı üçün qurulan platforma çərçivəsində ikinci tender prosesinə başlayıb.

Sitat.info xəbər verir ki, Aİ Komissiyası elan edib ki, etibarlı beynəlxalq təchizatçılar Aİ-nin ikinci birgə təbii qaz satınalma tenderi çərçivəsində təkliflər təqdim etməyə dəvət olunub.

Açıqlamada bildirilib ki, tender 2023-cü ilin avqustundan 2025-ci ilin martına qədər olan dövrü əhatə edir və 49 şirkətin tələb etdiyi 15,9 milyard kubmetr təbii qazın çatdırılmasını əhatə edir.

Yeni tender prosesinin iyulun 10-na qədər davam edəcəyinə diqqət çəkən açıqlamada, tenderdəki ümumi tələbin təxminən yarısının mayeləşdirilmiş təbii qazın alınması üçün olduğu ifadə edilib.

Açıqlamada xatırladılıb ki, Aİ-nin ilk birgə qaz alqı-satqısı tenderi 11,6 milyard kubmetr qaz tədarükü müqaviləsi ilə nəticələnib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti