NATO-nun baş katibi Stoltenberq Ukraynanın alyansa üzvlüyü ilə bağlı yeni açıqlama verib.
Sitat.info xəbər verir ki, NATO baş katibi Yens Stoltenberq cümə günü bildirib ki, gələn həftə Litvada keçiriləcək sammitdə NATO liderləri Ukraynanın gələcəkdə alyansa qoşulacağına dair əvvəlki öhdəliklərini yenidən təsdiq edəcəklər.
“Bütün liderlərin Ukraynanın NATO üzvü olacağını və Ukraynanı öz məqsədinə necə yaxınlaşdırmaq üçün birləşəcəyini bir daha təsdiqləmələrini gözləyirəm”, - Stoltenberq deyib.