Pakistanda musson yağışları səbəbi ilə 50 nəfər həyatını itirib

21:15 7 İyul 2023

Pakistandakı musson yağışları səbəbindən iyunun 25-dən bu yana 14-ü uşaq olmaqla 50 nəfər həyatını itirib, 87 nəfər isə yaralanıb.

Sitat.info xəbər verir ki, Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) verdiyi açıqlamaya görə, musson yağışları ölkə daxilində həyata mənfi təsir edib.

İyunun 25-dən bəri Pəncab əyalətində güclü yağışlar nəticəsində 10-u uşaq olmaqla 34 nəfər, Xeybər-Paxtunxva əyalətində isə 4-ü uşaq olmaqla 10 nəfər ölüb.

Bəlucistanda 5 nəfər, Azad Cammu və Kəşmirdə isə 1 nəfər ölüb.

Yağışlar səbəbi ilə 87 nəfər yaralanıb.

Davam edən yağışlar nəticəsində 60-dan çox evə ziyan dəyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti