Hindistandada baş verən qatar qəzasıns görə 3 nəfər saxlanılıb

21:21 7 İyul 2023

Hindistanın Federal İstintaq Təşkilatı Mərkəzi Təhqiqat Bürosu (CBI) iyunun 2-də baş verən və 293 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının istintaqı çərçivəsində 3 nəfərin nəzarətə alındığını açıqlayıb.

Sitat.info xəbər verir ki, “The New York Times” qəzetinin xəbərinə görə, Hindistanda baş verən qatar qəzasından sonra aparılan araşdırmada yeni inkişaflar olub.

İstintaqı aparan təşkilat 3 dəmiryol işçisinin "sərnişinlərin təhlükəsizliyini təhlükəyə atmaq", "ehtiyatsızlıqdan adam öldürmək" və "dəlilləri ört-basdır etmək" ittihamları ilə saxlanıldığını açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti