İtaliyanın Milan şəhərində qocalar evində gecə saatlarında baş verən yanğında 6 nəfərin öldüyü bildirilib.
Sitat.info xəbər verir ki, yanğın ölkənin Milan şəhərində Via dei Cinquecento küçəsində yerləşən qocalar evində baş verib.
İtaliya yanğınsöndürmə idarəsindən verilən açıqlamada yerli vaxtla saat 01:20-də baş verən yanğına müdaxilə edən yanğınsöndürmə briqadasının binanın boşaldıldığı, 6 nəfərin öldüyü, çoxlu sayda yaralının xəstəxanaya aparıldığı bildirilib. Yerli media yaralıların sayının 81 olduğunu yazıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Seymur Bənnayev
Sitat.info