Bəzi qüvvələr CHP-ni ələ keçirdi – Baykal

10:43 8 İyul 2023

Dəniz Baykal Türkiyə Cümhuriyyətinin quruculuq prinsiplərinin müəyyən edilməsi və bu istiqamətdə partiyanın formalaşdırılmasının tərəfdarı olub. Buna görə də həmişə bəzi qüvvələr tərəfindən hədəf seçilib. Həmin qüvvələr də hazırda CHP-ni ələ keçirib.

Sitat.info xəbər verir ki, bunu CHP-nin keçmiş sədri, mərhum Dəniz Baykalın qızı Əsli Baykal deyib.

“CHP-nin bu seçkidə uduzmasının yalnız bir səbəbi var, o da, təşkilati prinsiplərdən uzaq olmasıdır. Çünki, gördüyümüz problemləri vətəndaşlar da bilir. Fikirləşirəm ki, partiya olaraq bunu deməklə irəli getmək olmaz. Onsuz da alınmadı. O dövr keçdi və qarşıda bizi yeni dövr gözləyir. Yeni dövrü də xaosa aparmağa çalışan qüvvələr mövcuddur”, - Ə. Baykal bildirib.



Xəbər xətti