Zelenski məşhur İlan adasına getdi

14:01 8 İyul 2023

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün, iyulun 8-də İlan (Zmeynı) adasına səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Sizə cansağlığı arzulayıram, əziz ukraynalılar. Bu gün biz İlandayıq – işğalçının, bütün Ukrayna kimi, heç vaxt fəth etməyəcəyi İlanda - çünki biz igidlər ölkəsiyik. Bu gün biz burada ukraynalı qəhrəmanlarımızı, bu ada uğrunda döyüşən, onu azad edən bütün əsgərlərimizi ehtiramla yad etdik. İlan - bizim Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, bu, Ukraynanın ərazisinin hər bir hissəsini özünə qaytaracağına böyük sübutdur”, - deyə Zelenski deyib.

O, adada olduğu müddətdə orada həlak olan ukraynalı döyüşçülərin xatirəsinə ucaldılmış müvəqqəti abidənin önünə də gül dəstələri qoyub.



Xəbər xətti