Bakıda əlbəyaxa dava düşdü

16:58 8 İyul 2023

Yasamal rayonunda kütləvi dava baş verib. Hadisə Əsəd Əhmədov küçəsi 41-də qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə Yasamal Rayon Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, bir qrup şəxs əlbəyaxa davaya çıxıb.

"Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə şikayət və ya müraciət daxil olmayıb. Hazırda sosial şəbəkədə yayılan videogörüntülərlə bağlı şöbənin əməkdaşları tərəfindən araşdırmalar başlanılıb” - deyə məlumatda bildirilib.

Qeyd edək ki, xəsarət alanların olub-olmadığı məlum deyil.



Xəbər xətti