Sabir Rüstəmxanlı iki ardıcıl ağır əməliyyat keçirdi

17:50 8 İyul 2023

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu həftə iki ardıcıl ağır cərrahiyyə əməliyyatı keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Sabir Rüstəmxanlı özü məlumat verib.

O bildirib ki, əməliyyatlar ayağında aparılıb, bir əməliyyat daxili qanaxmadan olub.

Xalq şairi hazırda yaxşı olduğunu, yavaş-yavaş gəzməyə başladığını vurğulayıb və onu əməliyyat edən tibb heyətinə təşəkkür edib.

Qeyd edək ki, xalq şairinin tanınmış alim Firudin Ağasıoğlunun oğlu Tengiz əməliyyat edib.



Xəbər xətti