Priqojin Moskvadadır, Putinlə görüşür - Şok

01:47 10 İyul 2023

“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin iyulun 1-dən etibarən Moskvadadır.

Sitat.info xəbər verir ki, bu barədə Fransanın “Liberation” qəzeti Qərb kəşfiyyatına istinadən məlumat yayıb.

İddiaya görə, Y.Priqojin Rusiya paytaxtında dövlət başçısı Vladimir Putin, həmçinin Rusiya Xarici Kəşfiyyat Xidməti və Rosqvardiyanın rəhbərliyi ilə görüşlər keçirir.



Xəbər xətti