ABŞ-da Tulsa qətliamı üçün açılan təzminat iddiası rədd edildi

08:28 10 İyul 2023

ABŞ-da irqçilik tarixində “qara ləkə” kimi yadda qalan 1921-ci ildə Tulsa qətliamı üçün verilən təzminat iddiası Oklahoma ştatının hakimi tərəfindən rədd edilib.

Sitat.info xəbər verir ki, Tulsa dairəsinin hakimi Caroline Wall, 2020-ci ildə qırğından sağ çıxanlar Lessie Benningfield Randle, Viola Fletcher və Hughes Van Ellis tərəfindən açılan iddianı bağlayıb.

Hakim Uol iddiada müdafiə tərəfinin arqumentlərini əsaslandırıb və üç iddiaçının sözügedən qırğından fərdi olaraq mənfi təsir görmədiyinə qərar verib.

Üç iddiaçı qərardan apellyasiya şikayəti verə biləcək, lakin yenidən dövlət məhkəməsində iddia qaldıra bilməyəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti