Rusiya işğalçıları müharibənin başladığı bir ay ərzində Ukrayna ərazisinə 467 quru və dənizdən əməliyyat-taktiki raket atıblar.
Musavat.com bununla bağlı Ukrayna mediasına istinadən xəbər verir.
Fevralın 24-dən, Ukrayna ilə müharibə ayı ərzində Rusiya Federasiyasının işğalçı qoşunları 1804 hava zərbəsi endirib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Müdafiə Nazirliyinin məlumatına görə, bu ay ərzində də rusiyalı işğalçılar Ukrayna ərazisinə 467 quru və dənizdən əməliyyat-taktiki raket atıblar. Xüsusilə, söhbət “Toçka U” taktiki komplekslərindən atılan 175 “İsgəndər” tipli ballistik raketdən, 183 “Kalibr” qanadlı raketdən, “X” sinfinə aid 86 qanadlı raketdən və 23 ballistik raketdən gedir.