Zelenski: Türkiyədəki 5 Azov batalyonunu komandiri Ukraynaya qayıdıb

08:36 10 İyul 2023

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədəki 5 Azov batalyonunun komandirlərinin ölkələrinə qayıtdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz Tvitter səhifəsində məlumat verib.

Zelenski Twitter hesabında yazıb: "Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə gətiririk. Ukrayna əsgərləri Denis Prokopenko, Svyatoslav Palamar, Serhiy Volınski, Oleh Xomenko, Denis Şleha. Onlar nəhayət yaxınlarının yanında olacaqlar".

Zelenskinin təyyarədə Azov batalyonunun komandirlərini salamladığı, onlarla Ukrayna və ingilis dillərində söhbət etdiyi görülüb.

Qeyd edək ki, daha əvvəl Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinə daxil olan Azov batalyonunun komandirləri təhlükəsizlik məqsədilə Türkiyəyə gətiriliblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti