Türkiyə Ali Məhkəməsinin sədri və baş prokuroru Naxçıvanda

09:45 10 İyul 2023

Bu gün Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bəkir Şahinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başlayıb.

Sitat.info xəbər verir ki, səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev, M.Akarca, B.Şahin və digər qonaqlar Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.



Xəbər xətti