Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi ilə əlaqədar Fransa hakimiyyəti rus oliqarxlarının 800 milyon dollarlıq aktivlərini dondurub.
Musavat.com bu haqda xarici mediaya istinadən bildirir. Aktivlərin Rusiya Federasiyasına qarşı sanksiyalar çərçivəsində dondurulduğu açıqlanıb. Bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal bildirib, - CNN yazıb.
“Bu sanksiyalar iqtisadiyyatın sarsıdıldığı, rublun ucuzlaşdığı, birjanın demək olar ki, hələ də bağlandığı və mərkəzi bankın ağır zərbələrə məruz qaldığı Rusiyada hiss olunur. Əgər irəliləməyə ehtiyac varsa, heç bir tabu olmayacaq”, - o, əlavə edib.