Hindistana sel gəlib: Can itkisi 22-yə yüksəldi

14:06 10 İyul 2023

Hindistanda leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 22-yə yüksəlib. Rəsmilər əhaliyə zərurət olmadıqca evlərini tərk etməmək barədə xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, Hindistanın şimal əyalətlərində həftə sonu təsirli olan leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində can itkiləri artır. Rəsmilər tərəfindən verilən açıqlamada həyatını itirənlərin sayının 22-yə çatdığı və itkin düşənlərin axtarışlarının davam etdirildiyi bildirilib. Paytaxt Yeni Dehlidəki məktəblərdə dərslər dayandırıldığı halda, Himaçal-Pradeş və Uttarakhand ştatlarının rəsmiləri insanlara zərurət olmadıqca evlərini tərk etməmələri barədə xəbərdarlıq edib.

Himaçal-Pradeşdə daşqınlar nəticəsində körpü uçub, sel suları evləri  aparıb. Sel nəticəsində yollarda və körpülərdə qalanlar helikopterlə xilas edilib. Küçələrin su basdığı sel ərazilərində xilasedicilər qayıq və kəndirlərlə insanları evlərindən təxliyə ediblər.

Meteorologiya xidməti bildirib ki, iyunun 1-də musson mövsümü başlayandan bəri Dehlidə orta səviyyədən 112 faiz, Pəncabda 100 faiz və Himaçal-Pradeşdə 70 faiz çox yağıntı düşüb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti