“Zaman göstərəcək”...
Musavat.com xarici agentlklərə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə müxbirin Belarus qoşunlarının Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı sualına bu sözlərlə cavab verib.
Dövlət başçısının sözlərinə görə, Ukrayna Silahlı qüvvələri istənilən ssenariyə hazırdır.
“Çünki bu inanc, proqnoz və ya başqa məsələ deyil. Bu, mümkün təhdid və ona hazırlaşmaq məsələsidir”,-deyə o, qeyd edib.
Vladirmir Zelenski Belarusun ilk günlərdən Rusiya Federasiyasının Ukraynaya qarşı tammiqyaslı işğal məqsədli hücumunda baza rolunu oynadığını xatırladıb.
“Lakin bizim əldə etdiyimiz məlumatlara görə, bir çox belarus hərbçi kütləvi surətdə Ukraynada döyüşməkdən imtina edir. Onlar başa düşürlər ki, burada məhv olacaqlar. Bunu Belarus rəhbərliyi də anlayırmı, onu zaman göstərəcək”,-deyə Ukrayna lideri bildirib.