Rusiya Ukraynanın Zaporojya şəhərinin cənubunda, Orixiv şəhərində yardım ləvazimatlarının saxlanıldığı məktəbə zərbələr endirib. Hücumda 4 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Rusiya Ukraynanın Zaporojya şəhərinin cənubunda yerləşən Orixiv şəhərində humanitar yardımların saxlandığı məktəbə hücum edib.
Ukraynanın Fövqəladə Hallar Xidməti hücumda 4 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb. 10-dan çox adamın dağıntılar altında qaldığı, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Həyatını itirənlərdən üçünün qadın olduğu açıqlanıb.
Seymur Bənnayev
Sitat.info