Rusiyadan qaz tədarükünə alternativ... - Bayraqdar

14:37 10 İyul 2023

Türkiyə Rusiya ilə qaz sənayesində əməkdaşlığa davam edəcək. Lakin qaz tədarükü sahəsində digər layihələri də inkişaf etdirməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər nazir Alparslan Bayraqdar deyib.

“Biz uzun illərdir ki, enerji sahəsində Rusiya ilə əməkdaşlıq edirik. Moskva Türkiyə üçün hər zaman mühüm təchizatçı olub, hətta böhranlı dövrlərdə də etibarlı təchizatçı rolunu yerinə yetirib”, - o vurğulayıb.

Nazirin sözlərinə görə, Türkiyə heç vaxt Rusiyadan qaz qıtlığı yaşamayıb:

“Biz mayeləşdirilmiş təbii qaz da daxil olmaqla, mühüm enerji infrastrukturu yaratmışıq. Mayeləşdirilmiş təbii qazın təxminən 10%-i bazarımıza Amerika şirkətləri tərəfindən verilir. Qaz ehtiyatlarının tədarükü üçün müxtəlif alternativlər var və Ankara buna diqqət yetirmək istəyir”.



Xəbər xətti