NATO-nun Ukrayna ilə bağlı iclası YEKUNLAŞDI

19:00 24 Mart 2022

Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşü keçirilib. İclasda Rusiya-Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə edilib.

SİTAT.İNFO xəbər verir ki, NATO-nun saytında iclasın yekunlarına dair bəyanat yerləşdirilib.

Bəyanatda Rusiya-Ukrayna müharibəsinin Avro-Atlantik məkanda onilliklərdir davam edən təhlükəsizliyə təhdid olduğu bildirilib, müttəfiq ölkələrin Ukrayna xalqı və hökuməti ilə həmrəyliyi bir daha ifadə edilib. Qeyd olunub ki, Alians bunda sonra da Ukraynaya siyasi və praktiki dəstəyini davam etdirəcək.

Bildirilib ki, müttəfiqlər, həmçinin Ukraynaya kibertəhlükəsizlik və kimyəvi, bioloji, radioloji və nüvə xarakterli təhdidlərdən müdafiə kimi sahələrdə yardım göstərməyə davam edəcəklər. Bəyanatda vurğulanıb ki, müttəfiqlər bundan sonra da humanitar yardım sahəsində Ukraynaya dəstək göstərəcəklər.

İclasda NATO-nun təhlükəsizlik planları ilə bağlı məsələlər də müzakirə olunub.



Xəbər xətti