Yunanıstan mətbuatı NATO-nun Vilnüs sammitində prezident Ərdoğanla Yunanıstanın baş naziri Miçotakis arasında mümkün görüşə diqqət çəkib.
Sitat.info xəbər verir ki, Miçotakis üzərində "Türkiyə" təzyiqi edən Yunan mediası yenidən hakimiyyətə seçilən iki liderin diqqət yetirməli olduğu mövzuların yer aldığı siyahı dərc edib.
Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri də yaxından izlənəcək. Yunan mediası da prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın baş naziri Kiryakos Miçotakis mümkün görüşünə diqqət çəkib.
Yayımlanan məlumatda eksklüziv İqtisadi Zona və kontinental şelf məsələləri birinci yerdədir.
Türkiyənin istəyi ilə boğazların “Türk boğazları” adlandırılması siyahıda ikinci yerdədir.
Bunun Montrö Boğazları Konvensiyasına zidd olduğunu iddia edən Yunan mətbuatı Miçotakisdən bu mövzuda geri addım atmamasını xahiş edir.
Siyahının digər maddəsi Avropa ilə Türkiyə arasında qaçqın və miqrasiya siyasətidir.
Ədalətli "İmmiqrasiya və Sığınacaq Müqaviləsi"nin təmin edilməsi Türkiyənin də hər fürsətdə bəhs etdiyi bir mövzudur.
Kipr problemi Yunan mətbuatının mümkün görüşdə müzakirə masasına qoymaq istədiyi mühüm maddələrdən biridir.
Ancaq iki ölkə arasında müsbət gündəm nə qədər artsa da, hər iki tərəfin Kipr məsələsində qırmızı xətləri var.
Yunanıstan mətbuatının yazdığına görə, Ərdoğan və Miçotakis arasında mümkün görüşün yaxşı keçəcəyi təqdirdə iki ölkə arasında məsləhətləşmələrin başlaya biləcəyinə diqqət çəkilib.
Seymur Bənnayev
Sitat.info